Millimizin üzvü komandasına qələbə qazandırdı

Voleybol üzrə qadınlar arasında Türkiyə Sultanlar Liqasında aşağı dəstəyə düşməmək üçün pley-off oyunlarının ikinci dövrəsinə start verilib. Apasport.az saytının məlumatına görə, keçirilən iki oyunda milli komandamızın oyunçuları da meydana çıxıb.

 

Yana Kulanın çıxış etdiyi “Beylikdüzü” “Çanakkale BLD.” ilə üz-üzə gəlib. Görüş milli üzvünün komandasının qələbəsi ilə yekunlaşıb – 3:1. Matçı yüksək səviyyədə keçirən Yana hamıdan çox – 26 xal toplayaraq qələbədə əsas pay sahibi olub.

 

Digər oyunda isə millimizin kapitanı Odina Bayramova meydanda olub. Onun şərəfini qoruduğu “Seramiksan” “İlbank”la üz-üzə gəlib. 3:0 hesablı qələbəyə Odina 14 xalla töhvə verib.

 

Qeyd edək ki, aşağı dəstəyə düşməmək uğrunda pley-off oyunları iki dövrədən ibarət olur. Əsas yarışın yekununda son 4 pilləni tutan komandalar aktivlərindəki xalları da saxlayaraq neytral meydanda iki dəfə üçgünlük miniturnirdə qarşılaşırlar. Bu turnirdə də yığılan xallar toplanaraq nəticədə son iki yerdə qərarlaşan komanda Sultanlar Liqasını tərk edəcək.

 

Hesabat turundan sonra “Beylikdüzü” 9-cu, “Seramiksan” isə 10-cu pillədə qərarlaşıb. Son iki pillədə isə uyğun olaraq “Çanakkale BLD.” və “İlbank” yer alıb.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10