[b]Andres İnyestadan şad xəbər[/b]
14.03.2018 - 00:43
[b]Andres İnyestadan şad xəbər[/b]

“Barselona” Andres İnyestadan şad xəbər alıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin zədəsi gözləniləndən daha tez sağalıb.


Kapitanın 3 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilsə də, o, artıq komanda ilə məşqlərə başlayıb. İnyestanın adı Çempionlar Liqasının 1/8 final mərhələsinin “Çelsi” ilə bu gün keçiriləcək cavab matçının iştirak ərizəsinə salınıb.

 

Baş məşqçi Ernesto Valverde ehtiyac duyacağı halda oyunçu meydana çıxa biləcək.

Qeyd edək ki, “Barselona” – “Çelsi” görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar arasında Londonda keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.

0