[b]"Bavariya" və "Barselona" 1/4 finalda! - YENİLƏNİB[/b]
15.03.2018 - 01:37
[b]"Bavariya" və "Barselona" 1/4 finalda! - YENİLƏNİB[/b]

Bu gün Çempionlar Liqasında (ÇL) 1/8 finalın sonuncu cavab matçları oynanılıb. Apasport.az saytının məlumatına görə, günün görüşlərindən sonra 1/4 finala yüksəlmiş bütün komandaların adlarına aydınlıq gəlib.

 

İstanbulda baş tutan “Beşiktaş” – “Bavariya” qarşılaşması formal xarakter daşıyırdı. Almanlar evdə rəqib qapısından 5 cavabsız top keçirərək, türkiyəlilərə möcüzə üçün ümid yeri də qoymamışdılar. İstanbul klubu öz meydanında da rəqibi ilə bacarmayıb. İki oyunun nəticəsinə görə, 1:8 hesabı ilə uduzan "Beşiktaş" Çempionlar Liqası ilə vidalaşıb. "Bavariya" isə gözlənildiyi kimi, adını növbəti mərhələyə yazdırıb. 

 

1/8 final mərhələsi “Barselona” – “Çelsi” matçı ilə başa çatıb. İngiltərədəki qollu bərabərlikdən sonra kataloniyalılar daha şanslı hesab olunurdular. Cari mövsümdə La Liqa və Çempionlar Liqasında məğlubiyyətin nə olduğunu bilməyən “Barsa” ənənəsinə sadiq qalıb. Lionel Messinin dubl etdiyi görüşdə ev sahibləri rəqib qapısından 3 cavabsız top keçiriblər. Nəticədə "Bavariya" ilə yanaşı, "Barselona" da adını növbəti mərhələyə yazdırıb. 

 

Beləliklə, ÇL-in 1/4 finalında İspaniyanın 3 ("Real", "Sevilya", "Barselona"), İngiltərə ("Liverpul", "Mançester Siti") və İtaliyanın ("Yuventus", "Roma") hərəyə 2, Almaniyanın isə 1 klubu ("Bavariya") mübarizə aparacaq. 

 

 

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

14 mart

 

“Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə) - 3:0

Qollar: Messi, 3, 64; Dembele, 20

Baş hakim: Damir Skomina (Sloveniya)

Barselona, “Nou Kamp” stadionu

İlk oyun – 1:1

 

 

“Beşiktaş” (Türkiyə) – “Bavariya” (Almaniya) - 1:3

Qollar: Vaqner Lav, 59 - Tiaqo, 18; Gökhan Gönül, 46 (avtoqol); Vaqner, 84

Baş hakim: Maykl Oliver (İngiltərə)

İstanbul, “Vodafone Park” stadionu

İlk oyun – 0:5

 

0