[b]Novruz turnirinin püşkü atıldı[/b]
14.03.2018 - 09:47
[b]Novruz turnirinin püşkü atıldı[/b]

Qadın voleybolçular arasında keçiriləcək Novruz turnirinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, mərasimdə “Lokomotiv” “Abşeron”a rəqib olub.

 

Digər cütdə isə AVF “Azərreyl”lə qarşılaşacaq.

 

Oyunlar martın 16-da olacaq. İlk matç saat 15:30-da, ikinci görüş 2 saat sonra başlayacaq. Cütün güclüləri ertəsi gün qalib müəyyənləşdirəcək. Final oyunu saat 16:00-da start götürəcək.

 

Qeyd edək ki, qarşılaşmalar Voleybol Mərkəzində keçiriləcək.

0