Ufuk Budak Azərbaycan millisinə çağırılmamasını istədi

“Samsunspor”un müdafiəçisi Ufuk Budakın Azərbaycan millisinə dönüşü baş tutmayacaq. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

Bildirilir ki, müdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacaran futbolçu Azərbaycan millisinin Belarus və Makedoniya ilə yoldaşlıq oyunlarına çağırılıb. Lakin Budak PTT I liqanın geridə qalan turunda “Qaziantepspor”la görüşdə zədələndiyi üçün millimizə qoşulmayacaq. Onun bu üzdən AFFA rəsmiləri ilə əlaqə saxladığı və dəvət edilməməsini istədiyi vurğulanıb.

 

Yığma komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə müayinə ediləcək 28 yaşlı müdafiəçinin çempionatın “Adanaspor”la matçına qədər sıraya dönməsi gözlənilir. “Samsunspor”un həkimi tibbi müayinənin ardından zədənin qorxulu olmadığını açıqlayıb. Lakin həkimin məsləhəti ilə məşqçilər korpusu onu “Boluspor”la görüşdə riskə atmamaq qərarına gəlib.

 

Qeyd edək ki, Azərbaycan millisi martın 23-də Belarus, 27-də isə Makedoniya ilə qarşılaşacaq.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10