[b]5000 manatlıq “Polad kuboku”[/b]
14.03.2018 - 10:27
[b]5000 manatlıq “Polad kuboku”[/b]

Martın 23-də Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə “Polad kuboku” keçiriləcək. Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2 gün davam edəcək turnirin ilk günü E və M*, ertəsi isə S* kateqoriyaları üzrə yarışlar baş tutacaq.

 

E kateqoriyası üzrə maneələrin hündürlüyü 80-85 sm olan “Polad kuboku”nda 20 yaşadək yeniyetmə idmançıların iştirakına icazə verilir. Günün ikinci yarışı olan M* kateqoriyası isə hər yaş qrupundan olan idmançılar üçün açıq olacaq. Bu yarışda ən hündür maneə 125 sm nəzərdə tutulub.

 

Turnirin ümumi mükafat fondu 5000 manat təşkil edir.

 

0