[b]Avropa nəhəngləri üçün Superliqa[/b]
14.03.2018 - 18:33
[b]Avropa nəhəngləri üçün Superliqa[/b]

Avropada yeni klub turniri təşkil oluna bilər. Apasport.az saytının məlumatına görə, amerikalı investor Stiven Ross top-klubların iştirakı ilə Superliqa yaratmaq niyyətindədi.

 

Turnirdə “Böyük beşlik” ölkələrini təmsil edən 24 Avropa nəhəngi mübarizə aparmalıdı. Artıq Ross və aparıcı klublar arasında ilkin danışıqlar da baş tutub.

 

2013-cü ildən nəhəng klubların iştirakı ilə Beynəlxalq Çempionlar Kubokunu təşkil etməsi ilə tanınan Rossun layihəsi qapalı liqa vəd edir. Bu isə o deməkdi ki, 24 komanda aşağı liqaya düşmədən daim Superliqada mübarizə aparacaq.

 

Yeni turnirin klublar üçün sərfəli tərəfi maliyyə feyr-pleyinin olmamasıdı. Lakin UEFA bu təşəbbüsə hələ münasibət bildirməyib.

 

Qeyd edək ki, Almaniyadan “Bavariya” və Dortmund “Borussiya”sı Superliqaya dəvət alıb.

 

0