[b]"Neftçi"nin oyunu xoşuma gəldi" - Elvin Yunuszadə[/b]
14.03.2018 - 22:23
[b]"Neftçi"nin oyunu xoşuma gəldi" - Elvin Yunuszadə[/b]

"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə "Neftçi" ilə matçdan (0:0) sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Əvvəlcə görüş haqda fikirlərinizi bilmək istərdik...

- Ağır oyun keçdi. Hava şəraiti də istədiyimiz kimi oynamağımıza mane oldu. Matçın çətin keçəcəyini bilirdik. Elə də oldu. Əsas odu ki, 1 xal da olsa, qazandıq. İnşallah, millinin toplanışından sonra növbəti oyunlara hazırlaşacağıq.

 

- Əsas rəqibiniz olan "Qəbələ"nin dünən xal itirməsi bugünkü oyununuza təsir etdimi?

- Deməzdim ki, təsiri oldu. Baş məşqçimiz, özümüz də deyirik ki, arxayınlaşmaq olmaz, xal fərqinə fikir verməməliyik. Bu nəticəni təkcə bizim oyunumuzun yaxşı alınmaması ilə bağlamayaq. "Neftçi" də bu gün gözəl oynadı, qol epizodları yaratdı. Bunun da təsiri oldu. "Neftçi"nin oyunu mənim də xoşuma gəldi. Belə matçlar nə qədər çox olsa, çempionata maraq bir o qədər artar.

 

- "Neftçi"nin gözəl oyununu nəzərə alsaq, 1 xal qazandığınızı demək olarmı?

- Hər xal bizim üçü önəmlidi. Məğlub olmadıqsa, deməli, xal qazanmışıq.

 

- Son oyunlarda start heyətində meydana çıxırsız. Sanki baş məşqçi Qurban Qurbanov sizi miliyə dəvət edəcəyinə işarə vurur...

- Bu barədə nəsə deyə bilmərəm. Qurban müəllim nə məsləhət görsə, kimi layiq bilsə, onu da çağıracaq.

 

- Yığmaya çağırılacağınızı gözləyirsizmi?

- Hamı istəyər ki, millinin formasını geyinsin. Bu da Qurban müəllimin ixtiyarındadı. Çağırsa, canla-başla gedib, oynayacam. Dəvət etməsə belə, qərarına hörmətlə yanaşacam.

0