[b]"Qələbə olmasaydı, onlarla başqa cür danışardıq" - Samir Abasov[/b]
14.03.2018 - 22:38
[b]"Qələbə olmasaydı, onlarla başqa cür danışardıq" - Samir Abasov[/b]

"Kəpəz" sözün həqiqi mənasında məni təəccübləndirdi. Bu komandaya qarşı oynamaq çətindi". Apasport.az saytı xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.

 

Ölkə çempionatının XX turunda "Kəpəz"i qəbul edən "gənclik şəhəri" təmsilçisi çətin qələbə qazanıb - 2:1.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Abasov qələbəni şərh edib:  "Kəpəz" öz oyununu tapdıqca, problem olacaq. Bizə gəldikdə, birinci hissəni Gəncədə oynadıq. İkinci hissədə isə ara məsafəsi 5 saat olsa da, tez qayıda bildik və Sumqayıtda oynadıq". 

 

- Bu qələbəni nəyin sayəsində əldə etdiniz?

- Futbolçulara minnətdaram ki, əllərindən gələni də, gəlməyəni də etdilər. Hazırda "Sumqayıt"da gözəl komanda ruhu yığılıb. Hesab 1:1 olduğu vaxt yanımdakı uşaqlar da deyirdilər ki, nə vaxt birini də vuracağıq? Məni də hərəkətə gətirmişdilər. Axır ki, vurduq. Paltardəyişmə otağında nələrin baş verdiyini görəsiniz. Görüləcək işlər qabaqdadı. Milliyə dəvət olunan futbolçular olacaq.  

 

- Milliyə hansı futbolçularınız dəvət alıb?

- Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə 21 yaşadək futbolçulardan ibarət yığmaya çağırılıb. Əsas millinin heyəti isə hələ açıqlanmayıb. Amma düşünürəm ki, ən azı Cavid İmamverdiyevi orada görəcəyik. 2-3 nəfər olsa, çox sevinərik. 

 

- Komandada psixoloji basqı yoxdu?

- Bura gələnədək klub prezidentinin otağında idim. Ona da dedim. "Biz rəqiblərə baxmırıq" deyənlər yalan danışır. İtən xallara da sevinmirik. Üzərimizdəki "hökmən udmalıyıq" yükü bizə problem yaradırdı. Qələbə olmasaydı, futbolçularla başqa cür danışardıq. 

 

- İkinci yer komanda üçün təzyiq olmayacaq?

- Təzyiq yox, məqsəd olacaq. 

 

- Rəşad Eyubov bütün duran toplara özü yaxınlaşır. Bu tapşırıq sizdəndi, yoxsa özü gedir?

- Elə tapşırıq yox idi. Sadəcə, dayaq yarımmüdafiəçisindən çox şey tələb edirik. Kim artıq nəsə edibsə, bu oyuna görə keçirik. 

0