[b]"Yuventus" liderliyini möhkəmləndirdi[/b]
15.03.2018 - 00:06
[b]"Yuventus" liderliyini möhkəmləndirdi[/b]

İtaliya çempionatında XXVI turdan təxirə salınmış oyun keçirilib. Apasport.az saytının məlumatına görə, "Yuventus" öz meydanında "Atalanta" ilə qarşılaşıb.

 

Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turinlilərin heyətində Qonsalo İquain və Bleys Matuidi fərqləniblər.

 

Bu qalibiyyətdən sonra "Yuventus"un xallarının sayını 74-ə çatdırıb və ilk pillədəki mövqeyini möhkəmlədib.

 

İtaliya A seriyası

XXVI turdan təxirə salınmış oyun

14 mart

 

"Yuventus" - "Atalanta" - 2:0

Qollar: İquain, 29; Matuidi, 81

0