[b]Avropa Liqasında bütün 1/4 finalçılar bəlli oldu - YENİLƏNİB[/b]
16.03.2018 - 01:55
[b]Avropa Liqasında bütün 1/4 finalçılar bəlli oldu - YENİLƏNİB[/b]

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan matçlardan sonra bütün 1/4 finalçılar müəyyənləşib.

 

Günə Rusiyada start verilib. İlk görüşdə "Atletiko"ya 0:3 hesabı ilə uduzan "Lokomotiv" doğma meydanda daha pis hesaba üzülüb. Moskvalılar avrokuboklarla darmadağınla vidalaşıb - 1:5.

 

Evdə "Arsenal"la bacarmayan "Milan" da səfərdən məyus dönüb - 3:1.

 

Turnirin güclü komandalarından hesab olunan "Borussiya" ilk görüşdə gözlənilmədən doğma azarkeşləri önündə "Zalsburq"a uduzmuşdu. Dortmund təmsilçisi Avstriyadakı qarşılaşmada rəqibin müqavimətini qıra bilməyərək yarışdan kənarlaşıb - 0:0.

 

"Lion" - MOİK, "Atletik" - "Marsel", "Dinamo" - "Latsio" və "Zenit" - "Leyptsiq" matçlarında isə qonaqlar növbəti mərhələyə adlayıblar.

 

 

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

15 mart

 

“Lokomotiv” (Rusiya) - “Atletiko” (İspaniya) - 1:5

Qollar: Ribus, 20 - Korrea, 17, Saul, 47, Torres, 65 (pen.), 70, Qrizman, 85

İlk oyun: 0:3

 

"Atletik" (İspaniya) - “Marsel” (Fransa) - 1:2

Qollar: Villiams, 74 - Paye, 38 (pen.), Okampos, 52

İlk oyun: 1:3

 

“Dinamo” (Kiyev, Ukrayna) - "Latsio” (İtaliya) - 0:2

Qollar: Leyva, 22, De Vrij, 83

İlk oyun: 2:2

 

"Viktoriya" (Plzen, Çexiya) - “Sportinq” (Portuqaliya) - 2:1 (əlavə vaxt)

Qollar: Bakoş, 6, 64 - Battalya, 105+2

İlk oyun: 0:2

 

“Zenit” (Rusiya) - “Leyptsiq” (Almaniya) - 1:1

Qollar: Driussi, 45+1 - Avqustin, 22

İlk oyun: 1:2

 

“Arsenal” (İngiltərə) - “Milan” (İtaliya) - 3:1

Qollar: Uellbek, 39 (pen.), 86, Caka, 71 - Hakan, 35

İlk oyun: 2:0

 

“Zalsburq” (Avstriya) - “Borussiya" D. (Almaniya) - 0:0

İlk oyun: 2:1

 

"Lion" (Fransa) - MOİK (Rusiya) - 2:3

Qollar: Kornet, 58, Diaz, 71 - Qolovin, 39, Musa, 60, Vernblum, 65

İlk oyun: 1:0

0