[b]Gənclər millimizə 25 futbolçu çağırıldı[/b]
15.03.2018 - 10:12
[b]Gənclər millimizə 25 futbolçu çağırıldı[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Rəşad Sadıqov 25 futbolçuya dəvət göndərib.

 

Komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də səfərdə Kosovo, 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq. Sadıqovun yetirmələrinin bu gündən martın 19-dək Bakıda təlim-məşq toplanışı olacaq.

 

Əsas millimizin üzvlərindən Ramil Şeydayev və Mahir Mədətov da U-21-ə çağırılıblar.

 

Yığmamızın heyəti: Kamran İbrahimov, Elvin Sərkərov, Ömər Buludov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Ülvü İskəndərov (hamısı “Sumqayıt”), Fəhmin Muradbəyli (“Səbail”), Abdulla Seyidəhmədov, İlkin Muradov (hər ikisi “Zirə”), Sərtan Taşkın, Cabir Əmirli, Murad Qayalı, Rafael Məhərrəmli (hamısı “Keşlə”), Hacıağa Hacılı, Qismət Alıyev, Murad Popov (hamısı “Qəbələ”), Ramil Şeydayev, Mahir Mədətov, Nicat Süleymanov (hamısı “Qarabağ”), İsmayıl İbrahimli (MOİK), Ozan Can Kökcü (“Valveyk”, Hollandiya), Rövlan Muradov (“Slaviya”, Çexiya), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Ziya Əzizov (“Den Boş”, Hollandiya).

0