[b]Yığmamızın rəqibi üçün 24 futbolçu[/b]
15.03.2018 - 10:57
[b]Yığmamızın rəqibi üçün 24 futbolçu[/b]

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Kosovo millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Rafet Prekazi bu ay keçiriləcək matçlara 23 futbolçu ilə hazırlıq keçməyə qərar verib.

 

Lakin mütəxəssis heyətə 24 oyunçunun adını daxil edib. Belə ki, Mentor Boroçi və Ardit Nika cütlüyündən yalnız biri hazırlığa qatılacaq. Bu heyət martın 22-də Azərbaycan, 27-də Almaniya ilə görüşəcək.

 

Martın 19-da start götürəcək hazırlıqlarda Visar Bekay, Arber Hoksa (hər ikisi “Priştina”), Floryan Smakiqi, Albert Dabiqay, Mendurim Hoti (hamısı “Feronikeli”), Mentor  Boroçi (“Hayvaliya”) və ya Ardit Nika (“Ramiz Sadiku”), həmçinin Denis Haliti (“Drita”), Kamer Krasniqi (“Osnabryuk”, Almaniya), Ardian İsmaili (“Hayduk”, Xorvatiya), Lirim Mema, Besfort Kolgeçi (hər ikisi “Ayntraxt”, Braunşveyq, Almaniya), Arbenit Cemaili (“Ksamaks”, İsveçrə), Arian Kabaşi (“Syon”, İsveçrə), Dren Feka (“Lütsern”, İsveçrə), Kuştrim Şabani, Mirlind Daku (hər ikisi “Llapi”), İlber Maloku, Muharrem Yaşari (hər ikisi “Trepça”), Florent Hasani (“Diosqyori”, Macarıstan), Roni Qaşi, Meriton Korenisa (“Liriya”), Ron Broya (“Skupi”), Valmir Süleymani (“Hannover”, Almaniya) iştirak edəcək.

 

0