[b]Yığmamızda daha iki futbolçu[/b]
15.03.2018 - 11:18
[b]Yığmamızda daha iki futbolçu[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqov milliyə daha iki futbolçu dəvət edib.

 

Belə ki, Elvin Cəfərquliyev (“Keşlə”) və Samir Qurbanov (“Qəbələ”) da martın 15-dən 19-a qədər Bakıda keçiriləcək təlim-məşq toplanışına qatılacaq. Onlar martın 19-dan etibarən yığmanın düşərgəsinə yollanacaq.

0