“Prosineçki ilə Qurbanovu müqayisə etmək istəmirəm”

“Bu dəvət mənim üçün gözlənilməz oldu. Çünki autsayder komandadan nadir hallarda milliyə oyunçu çağırılır. Bu da o deməkdi ki, məşqçilər korpusu bütün futbolçuları diqqətdə saxlayır”. Bunu apasport.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Şəhriyar Rəhimov deyib.

 

Millimizin Belarus və Makedoniya ilə bu ay keçirəcəyi yoldaşlıq görüşlərinə dəvət edilən futbolçu buna görə çox sevincli olduğunu vurğulayıb: “Çox şadam, sözlə ifadə olunası hiss deyil. Millinin formasını geyinmək, hətta toplanışında iştirak etmək böyük şərəfdi. Yığmaya çağırılmasına sevinməyən futbolçu tanımıram”.

 

Müdafiəçi millimizin baş məşqçisi Qurban Qurbanovun seçimini ədalətli sayır: “Robert Prosineçki ilə Qurban Qurbanovu heç müqayisə etmək istəmirəm. Çünki xorvatiyalının rəhbərliyi altında oynamamışam. Qurban müəllim əvvəlki baş məşqçilərlə müqayisədə yerlidi, bütün futbolçuları daha yaxşı tanıyır. Heyətə də baxanda görünür ki, təkcə lider komandalardan oyunçular çağırılmayıb. “Kəpəz”dən, “Səbail”dən, “Keşlə”dən dəvət alan var. Bu da o deməkdi ki, hamı Qurban müəllimin diqqətindədi. Belədə hər şey futbolçunun özündən asılı olur. Bütün bunlar baş məşqçinin necə ədalətli seçim etdiyini göstərir. Bundan sonra heyətdə möhkəmlənib-möhkəmlənməmək bizim öz əlimizdədi”.

 

Qeyd edək ki, yığmamız martın 23-də Belarus, 27-də isə Makedoniya ilə qarşılaşacaq.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10