[b]Mərkəzi oyun FİFA hakiminə tapşırıldı[/b]
15.03.2018 - 12:36
[b]Mərkəzi oyun FİFA hakiminə tapşırıldı[/b]

Futzal üzrə Yüksək Liqada XXI turun oyunlarına təyinatlar açıqlanıb. Apasport.az Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, turun mərkəzi oyununa FİFA referiləri təyinat alıb.

 

Belə ki, “Marafon Futsal” və “Neftçi” komandaları arasında qarşılaşmanı Yusif Nurullayev idarə edəcək.

 

Qeyd edək ki, turun oyunları martın 16-da baş tutacaq. Görüşlər Bakı İdman Sarayında keçiriləcək.

 

Yüksək Liqa

XXI tur

16 mart

12:30. “Araz” – “Xəmsə”

Hakimlər: Azər Əsgərov, Azad Hüseynov, Yusif Nurullayev
Hakim-inspektor: Aslan Həsənov

Bakı İdman Sarayı
 

14:30. “Marafon Futsal” – “Neftçi” İK

Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Azad Hüseynov
Hakim-inspektor: Murad Məmmədov

Bakı İdman Sarayı

 

16:00. “Yasamal” FK – EKOL
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Əli Cəbrayılov
Hakim-inspektor: Şahin Cəfərov

Bakı İdman Sarayı

0