[b]Klublar Komitəsi yeni sədrini seçdi[/b]
15.03.2018 - 12:46
[b]Klublar Komitəsi yeni sədrini seçdi[/b]

AFFA Klublar Komitəsinin (KK) yeni sədri müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, buna komitənin bu gün keçirilən iclasında aydınlıq gəlib.

 

KK üzvlərindən 5-i “Neftçi”nin lehinə səs verib. Bununla "ağ-qaralar"ın yeni prezidenti Kamran Quliyev ikinci dəfə komitənin sədri vəzifəsinə layiq görülüb.

 

O, bu postda “Neftçi”nin sabiq prezidenti, klubdan ayrılan Orxan Hüseynzadəni əvəzləyib.

 

Qeyd edək ki, Klublar Komitəsinə Orxan Hüseynzadədən əvvəl Tuyqun Nadirov, Fikrət Hüseynov və Kamran Quliyev rəhbərlik edib.

0