[b]Bütün oyunlarda bərabərlik - YENİLƏNİB[/b]
15.03.2018 - 23:38
[b]Bütün oyunlarda bərabərlik - YENİLƏNİB[/b]

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, beşinci oyun günündə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Liren Dinglə üz-üzə gəlib.

 

Son 3 turda heç-heçə ilə kifayətlənən həmyerlimiz 2 xala malik çinliyə qarşı qara fiqurlarla oynayıb. Məmmədyarov bu dəfə də ənənəsinə sadiq qalıb və xalları yarı bölüb. Tərəflər 31-ci gedişdə bərabərliyə razılaşıblar.

 

Turun maraqlı görüşlərindən biri isə Fabiano Karuana ilə Sergey Karyakin arasında olub. Bu oyunda da qalib müəyyənləşməyib.

 

Ümumiyyətlə, turun bütün oyunlarından tərəflər sülhlə ayrılıblar.

 

İddiaçılar turniri

V tur

 

Levon Aronyan (2794, Ermənistan) - Aleksandr Qrişuk (2767, Rusiya) - 0.5:0.5

Fabiano Karuana (2784, ABŞ) - Sergey Karyakin (2763, Rusiya) - 0.5:0.5

Uesli So (2799, ABŞ) - Vladimir Kramnik (2800, Rusiya) - 0.5:0.5

Liren Ding (2769, Çin) - Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - 0.5:0.5

 

Turnir cədvəli: Karuana - 3.5; Kramnik, Məmmədyarov - 3; Aronyan, Ding, Qrişuk - 2.5; Karyakin, So - 1.5

 

0