[b]“Neftçi” Emin Mahmudovu itirdi[/b]
15.03.2018 - 14:57
[b]“Neftçi” Emin Mahmudovu itirdi[/b]

Azərbaycan Premyer Liqasının XX turunun ikinci günü daha bir futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov növbəti turu buraxmalı olacaq.

 

“Qarabağ”la görüşdə aldığı sarı vərəqə Mahmudovun 4-cü xəbərdarlığıdı. Bu da onun XXI turda oynamasının qarşısında “qırmızı işıq” yandırıb. O, “Səbail”lə aprelin 2-də keçiriləcək ev qarşılaşmasında məcburi istirahət edəcək.

 

Qeyd edək ki, turun ilk günündə “Qəbələ”nin yarımmüdafiəçisi Elvin Camalov cəzalı duruma düşmüşdü.

0