Bosniya və Herseqovina - Azərbaycan matçı baş tutmaya bilər
22.05.2008 - 10:28
Bosniya və Herseqovina - Azərbaycan matçı baş tutmaya bilər
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İyunun 1-də keçiriləcək beynəlxalq yoldaşlıq görüşündə Azərbaycanla qarşılaşacaq Bosniya və Herseqovina milli komandasına dəvət alan bəzi futbolçular həmin gün başqa oyunun iştirakçısı ola bilərlər. “APA-Sport” agentliyinin məlumatına görə, yığmadan uzaqlaşan məşqçilər korpusuna dəstək məqsədilə Qrbaviç şəhərində də iyunun 1-də oyun keçiriləcək. Azərbaycanla Bosniya və Herseqovina milli komandalarının Zenitsa şəhərindəki “Bilino Polye” stadionunda qarşılaşdığı vaxt sabiq baş məşqçi Meho Kodronun dostları da bir araya gələcək. Qrbaviçdə təşkil olunan qarşılaşmada meydana iki komanda çıxacaq - “Kodro və dostları” ilə “Boliç və dostları”. M.Kodro və köməkçisi Elvir Boliçin bu matça çağırdıqları futbolçular arasında karyerasını bitirənlər də var. Ölkənin federal televiziyası da Azərbaycanla qarşılaşmanın deyil, yerli ulduzların tamaşasını yayımlanmasında maraqlıdır. M.Kodro və E.Boliç müxtəlif vaxtlarda Bosniya və Herseqovina futbolunun ulduzu olanlardan Mehmet Bajdareviç, Safet Suşic, Duşko Bajeviç, Faruk Hacibeqiç, Seyo Kaytaz, Fuad Muzuroviç, Muhamed Konyiç, Sergey Barbares, Mirsad Hibiç, Mirza Vareşanoviç, Blaz Slişkoviç, Elvir Baliç, Halid Beşliç, Laka, Tarik Filipoviç, Enis Beşlagiç, Dino Mustafiçi Qrbaviçidəki oyuna dəvət edib.
0