[b]“Neftçi” “Qarabağ”dan 10 addım öndə[/b]
15.03.2018 - 15:16
[b]“Neftçi” “Qarabağ”dan 10 addım öndə[/b]

Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” – “Qarabağ” qarşılaşması meydan sahibləri üçün yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 0:0 hesablı heç-heçə “ağ-qaralar”ın Azərbaycan çempionatlarında 80-ci ev bərabərliyidi.

 

Bakılılar bu göstəricidə mütləq rekordçudu. “Neftçi” evdə keçirdiyi 364 matçda 232 qələbə qazanıb və 52 dəfə məğlub olub.

 

Qeyd edək ki, öz meydanındakı heç-heçələrin sayında 2-ci göstərici “Qarabağ”a məxsusdu – 70 heç-heçə.

0