[b]Busketsin barmağı qırıldı[/b]
15.03.2018 - 15:41
[b]Busketsin barmağı qırıldı[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Çelsi” ilə cavab matçında zədələnən “Barselona”nın futbolçusu Serxio Busketsin durumuna aydınlıq gəlib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi tibbi müayinədən keçib.

 

Məlum olub ki, Busketsin barmağı qırılıb. Həkimlər onun 3 həftədən sonra sıraya dönəcəyini bildiriblər.

 

Qeyd edək ki, Buskets dünənki qarşılaşmada zədələndiyindən, 61-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb.

0