[b]Azərbaycan yığmasını nə gözləyir?[/b]
15.03.2018 - 16:23
[b]Azərbaycan yığmasını nə gözləyir?[/b]

Azərbaycan millisinin mart perspektivi açıqlanıb. Apasport.az saytının məlumatına görə, ayın 23-də Belarus, 27-də Makedoniya ilə keçiriləcək qarşılaşmaların yığmamızın FİFA reytinqinə necə təsir edəcəyi bəlli olub.

 

Bu gün açıqlanan siyahıda 243 xala dünyanın 127-cisi olan komandamız yalnız hər iki görüşdə uduzsa, durumunu ağırlaşdıracaq. Belarusa uduzub, Makedoniya ilə heç-heçə edəcək Qurban Qurbanovun yetirmələrinin xal aktivi dəyişməyək.

 

Mümkün olan digər variantların hamısı millimizin lehinədi. İki qələbə isə Qurbanovun komandasına 73 xal qazandıracaq.

 

İki görüşdə qeydə alına biləcək 9 nəticə variantının xal aktivimizə təsiri dəqiq bilinsə də, mövqeyimiz barədə yalnız proqnoz vermək olar. Bu da indiki cədvəldə eyni xala malik komandanın tutduğu yerə əsasən mümkündü. İki qələbə təxminən 18 pilləlik inkişaf vəd edir. İki məğlubiyyət isə təxminən 5 pillə geriləməklə nəticələnəcək.

 

Qeyd edək ki, Azərbaycan – Belarus oyunu Bakıda, Azərbaycan – Makedoniya matçı Türkiyənin Antalya şəhərində keçiriləcək.

 

Azərbaycan - Belarus

Azərbaycan - Makedoniya

xal

təxmini yer

3

3

316

109

3

1

289

115

3

0

276

117

1

3

285

115

1

1

258

124

1

0

245

126

0

3

269

120

0

1

243

127

0

0

230

132

 

0