[b]Xabi Alonso 8 il müddətinə həbs oluna bilər[/b]
15.03.2018 - 16:57
[b]Xabi Alonso 8 il müddətinə həbs oluna bilər[/b]

Keçmiş futbolçu Xabi Alonso həbs oluna bilər. Apasport.az saytı “El Confidencial” nəşrinə istinadən xəbər verir ki, “Liverpul”, “Real” və “Bavariya” klublarının sabiq üzvü vergidən yayınmaqda ittiham olunur.

 

İspaniyanın Vergi Müfəttişliyi apardığı araşdırma zamanı müəyyən edib ki, Alonso marketinq hüquqlarını idarə etmək üçün saxta şirkət yaradıb. Keçmiş yarımmüdafiəçinin 3 dəfə qanunu pozduğu üzə çıxıb.

 

Alonsonun buna görə 8 il müddətinə azadlıqdan məhrum edilməsi mümkündü. Bundan əlavə, ona 8 milyon avro cərimə kəsiləcək.

 

Qeyd edək ki, futbolçu karyerasını ötən il bitirən Xabi Alonso 2003-2014-cü illərdə İspaniya yığmasında 114 oyun keçirib və 16 qola imza atıb. 

0