[b]FİFA federasiyanı üzvlüyə qaytardı[/b]
15.03.2018 - 18:05
[b]FİFA federasiyanı üzvlüyə qaytardı[/b]

FİFA Pakistan Futbol Federasiyasını (PFF) yenidən üzvlüyə qaytarıb. Apasport.az saytı xəbər verir ki, ali futbol qurumu bunu kənar təsirlərin federasiyadan əlini çəkməsi ilə əlaqələndirib.

 

FİFA ötən ilin oktyabrında PFF-nin üzvlüyünü dayandırmışdı. Pakistanın yığmaları və klublarını beynəlxalq turnirlərdən kənarlaşdıran qurum rəhbərlikdə dəyişiklik edilməyənə qədər bu qərarın qüvvədə qalacağını xəbərdar etmişdi. Nəhayət, futbola nəzarət Pakistan Futbol Federasiyasının əlinə keçib. Bu səbəbdən cəzanı ləğv edən FİFA ölkədə baş verənləri diqqətdə saxlayacağını açıqlayıb.

 

2015-ci ildə federasiya prezidenti seçilən Faysal Saleh Hayat korrupsiyada günahlandırıldığı üçün vəzifəsindən uzaqlaşdırılıb və məhkəmə onun yerinə yeni idarəçi təyin edib.

 

Qeyd edək ki, Pakistanda federasiya prezidenti məhkəmə tərəfindən müəyyən olunur.

0