[b]Finalın adı: "Azərreyl" - "Abşeron" - YENİLƏNİB[/b]
16.03.2018 - 19:14
[b]Finalın adı: "Azərreyl" - "Abşeron" - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Novruz kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, uzun fasilədən sonra təşkil edilən yarış Voleybol Mərkəzində keçirilir.

 

Turnirin ilk günündə yarımfinal görüşləri baş tutub. Meydana öncə “Lokomotiv”lə “Abşeron” çıxıb. Qarşılaşma Eldar Yusubovun yetirmələrinin qələbəsi ilə yekunlaşıb. Onlar ikinci hissədə üstünlüyü əldən versələr də, növbəti setlərdə ciddi müqavimətlə üzləşməyiblər. “Dəmiryolçular” məğlub olsalar da, 2017/2018 mövsümündə ilk dəfə aktivlərinə set yazmağı bacarıblar.

 

“Abşeron”un finaldakı rəqibinin adına isə “Azərreyl” - AVF matçında aydınlıq gəlib. Çempionatın lideri olan Famil Ağayevin yetirmələri bu dəfə də matçdan asan qələbə ilə ayrılıblar. Onlar ilk seti 13 top irəlidə bitiriblər. Ardınca 25:15 hesabına sevinən “dəmiryolçular” son hissəni də aktivlərinə yazıblar – 28:26.

 

Beləliklə, Novruz turnirin finalında Super Liqanın güclüləri “Azərreyl”lə “Abşeron” qarşılaşacaq. Final sabah saat 16:00-da başlayacaq.

 

Novruz kuboku, yarımfinal mərhələsi

“Azərreyl” - AVF - 3:0 (25:12, 25:15, 28:26)

“Lokomotiv” - “Abşeron” - 1:3 (25:27, 26:24, 20:25, 17:25)

0