Şəhriyar Məmmədyarov Kramnikə qalib gəlib, liderliyə şərik oldu - YENİLƏNİB

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın VI turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Vladimir Kramniklə üz-üzə gəlib.

 

Son 4 turda heç-heçə ilə kifayətlənən həmyerlimiz 2-ci pilləyə şəriki olan rusiyalıya qarşı ağ fiqurlarla oynayıb. Fabiano Karuananın bu turda Aleksandr Qrişukla heç-heçə etməsi Məmmədyarova liderliyə şərik olmaq imkanı yaradıb. Gecə saatlarına qədər davam edən görüş həmyerlimizin qələbəsi ilə nəticələnib. Bununla xallarının sayını 4-ə çatdıran Şəhriyar Karuana ilə birlikdə turnir cədvəlinə başçılıq edir.

 

Qrossmeysterlər sabah istirahət edəcəklər. Şəhriyar Məmmədyarov növbəti tur çərçivəsində martın 18-də Aleksandr Qrişukla üzə-üzə gələcək.

 

İddiaçılar turniri

VI tur

 

Liren Dinq (2769, Çin) - Sergey Karyakin (2763, Rusiya) - 0,5:0,5

Fabiano Karuana (2784, ABŞ) - Aleksandr Qrişuk (2767, Rusiya) - 0,5:0,5

Uesli So (2799, ABŞ) - Levon Aronyan (2794, Ermənistan) - 1:0

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Vladimir Kramnik (2800, Rusiya) - 1:0

 

Turnir cədvəli: Karuana, Məmmədyarov – 4 xal; Kramnik, Dinq, Qrişuk - 3; Aronyan, So – 2,5; Karyakin – 2

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10