[b]“Matçın oyunçusu hakim idi” – türkiyəli futbolçu[/b]
16.03.2018 - 11:01
[b]“Matçın oyunçusu hakim idi” – türkiyəli futbolçu[/b]

“Milan”ın futbolçusu Hakan Çalhanoğlu maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, türkiyəli yarımmüdafiəçi Avropa Liqasında mübarizəni dayandırmaqlarını şərh edib.

 

O, “Arsenal”la cavab matçından (1:3) sonra hakim idarəçiliyindən narazılığını dilə gətirib. “Matçın oyunçusu” kimdi sualına cavab verən Çalhanoğlu görüşün referisi Yonas Erikssonun adını çəkib: “Yaxşı oynadıq. Londonda bu səviyyədə futbol göstərmək asan deyil. Qol vurduq. Lakin sonra inanılmaz şeylər baş verdi. Avroliqada belə halları tez-tez görmürük. Matçın oyunçusu hakim idi”.  

 

Qeyd edək ki, bu komandaların İtaliyada keçirilmiş ilk matçında da qələbə qazanan tərəf “Arsenal” olmuşdu – 2:0. 

0