Qurbanov seçdi, siz də seçilin!

İlk dəfə yığmamızın heyətinə irad bildirən olmadı. İlk dəfə ürəkdən “nəhayət ki, ədalətli seçim gördük” deyildi.
Qurban Qurbanovun millinin “sükanı arxası”na keçməsi ümidini üzən futbolçularda belə, yenidən həvəs yaratdı. Çünki ədalətli insan və məşqçi kimi tanınan, bu üzdən sevilən, seçilən çalışdırıcının yenə heç kimə haqsızlıq etməyəcəyinə inam böyük idi. Belarus və Makedoniya ilə yoldaşlıq görüşləri üçün açıqlanan heyət bu düşüncələri bir daha təsdiqlədi. Qurbanov hətta bir çox mütəxəssisin “yığmalıq deyil” dediyi oyunçulara da dəvət göndərdi.
Razılaşaq ki, Berti Foqtsun gəlişindən sonra millimizdə nizam-intizam formalaşdı, komandamıza hörmət birə-beş artdı. Amma Foqts ayın ən azı 25 gününü ölkəsində qolf oynamaqla, sevimli komandası “Borussiya”nın (Mönhenqladbax) oyununu stadiondan izləməklə keçirirdi. Açıqlanan heyətdən, bəlkə də, ən son özü xəbər tuturdu. Əminəm ki, klublardakı yerli futbolçuların çoxlarını heç tanımırdı. Bəlli adlar var idi ki, klubunda meydana çıxdı-çıxmadı, yığmada yeri hazır idi.
Onun xələfi Robert Prosineçki milli üzvlərinə cəsarət gətirdi, istənilən rəqiblə qorxmadan oynamağı öyrətdi. Amma onun da xüsusi rəğbət bəslədiyi, sevimli futbolçuları var idi. Prosineçki sələfindən fərqli, çempionat matçlarını daim izləyirdi (son dönəmlər istisna), ancaq onun da seçimləri hər dəfə müzakirə olunur, sevimlilərindən əl çəkməməsi yaxşı formada olan bəzi oyunçuların yolunu bağlayırdı.
Qurban Qurbanov isə həm nizam-intizama böyük önəm verməsi, həm də “Qarabağ”dakı nəticələri ilə cəsarətləndirdi. Özü də təkcə milli üzvlərini yox, bütün azərbaycanlı futbolçuları. Onun son heyəti “hamını izləyirəm, adından, yaşından asılı olmayaraq hər kəsə dəvət göndərə bilərəm” mesajı idi.
Foqtsun varlığından xəbərsiz olduğu, Prosineçkinin “fəlsəfəmə uyğun deyil” dediyi oyunçular belə, artıq yığma formasını geyinmək imkanı qazanırlar. Yenilərdən Asif Məmmədov, Tural Axundov, Rahil Məmmədov və ya Şəhriyar Rəhimov, bəlkə də, millinin baş məşqçisinin fəlsəfəsinə uyğun deyil. Amma klublarında müntəzəm oynamaları, özlərini bir balaca yaxşı tərəfdən göstərmələri dəvətlilər arasında olmaq üçün kifayət edib. Adıçəkilənlərdən Asif və Şəhriyar bundan da yaxşı durumda olarkən yığmadan kənarda qalardılar. Asif Məmmədovun 32, Tural Axundovun 30 yaşının olması da debüt şansına mane olmadı.
Bəxtiyar Həsənalızadə, Vurğun Hüseynov, Adil Nağıyev, Tellur Mütəllimov, Mirabdulla Abbasov kimi futbolçular ümidlərini itirməsinlər. Hazırkı heyət göstərdi ki, əvvəlki baş məşqçilər kimi, Qurbanovun konkret oyunçuları yoxdu. Bu da millidən kənarda qalanlara daha çox çalışmaq əzmi verəcək.
Qurban Qurbanovun digər mesajı isə “turnir cədvəlindəki mövqeyə baxmıram” oldu. Yoxsa ən çox futbolçunu 5-ci yerdəki “Neftçi”dən çağırmazdı, “Səbail”, “Keşlə”, “Kəpəz” kimi autsayderlərə məktub göndərilməzdi.
Milli komandamız yeni baş məşqçi ilə uğur qazanar və ya qazanmaz; bu, başqa söhbətin mövzusudu (hərçənd 3 legioneri olan komanda ilə nəyəsə ümid etmək çətindi). Fakt isə ondan ibarətdi ki, Qurbanov hazırkı vəziyyətdə yığmaya layiq olanları siyahısına salıb, ədalətli seçimini edib. Bundan sonrası futbolçuların bacarığına qalıb.
Ruslan SADIQOV
-
15:41 | 21 Aprel 2018“Zirə” tilsimi qıra biləcəkmi? - YENİLƏNİR
-
15:39 | 21 Aprel 2018Təxirə salınmış oyunda qarşılıqlı qollar - YENİLƏNİR
-
15:38 | 21 Aprel 2018“Şah” Karyakinlə, Rauf Məmmədov dünya çempionu ilə üz-üzə - YENİLƏNİR
-
15:38 | 21 Aprel 2018“Lion”un matçında 7 qol - YENİLƏNİR
-
15:37 | 21 Aprel 2018“Yuventus” Dibalanı satmağa hazırdı
-
15:24 | 21 Aprel 2018“Lokomotiv” çempion ola biləcəkmi? - YENİLƏNİR
-
14:54 | 21 Aprel 20188 oyunda 6 qələbə
-
14:53 | 21 Aprel 2018“Selta” "Valensiya"ya qarşı - YENİLƏNİR
-
14:29 | 21 Aprel 2018“Qəbələ” ilə “Neftçi” 45-ci dəfə…
-
14:18 | 21 Aprel 2018“Volfsburq” darmadağın oldu - YENİLƏNİR
-
14:00 | 21 Aprel 2018Millimizin oyunçusu Fransa çempionatının ən yaxşıları arasında
-
13:38 | 21 Aprel 2018Ronaldonun maaşı artırılır
-
13:32 | 21 Aprel 20184 boksçumuz 1/4 finalda
-
13:17 | 21 Aprel 2018“Qalatasaray” Alanya səfərində - YENİLƏNİR
-
12:45 | 21 Aprel 2018Arsen Vengerə ilk təklif
-
12:17 | 21 Aprel 2018Dünya çempionluğu üçün 400 min avroluq mükafat
-
11:42 | 21 Aprel 2018“Roma” “Spal” səfərində - YENİLƏNİR
-
11:02 | 21 Aprel 2018Balotelli klubu ilə vidalaşdı
-
10:40 | 21 Aprel 2018Fikrət Orman Bakıya gəlir
-
01:31 | 21 Aprel 2018"Liverpul"un səfər sınağı - YENİLƏNİR
-
01:16 | 21 Aprel 2018“Borussiya”ya bir hissə bəs etdi - VİDEO
-
22:41 | 20 Aprel 2018Arsen Vengerdən vida mətni: Deyəcəklər, heç nə vecinə deyil
-
21:36 | 20 Aprel 2018Əliyar Ağayevin Avropa sınağı: 5 “sarı”, 1 “qırmızı”, “Barselona” finalda
-
20:15 | 20 Aprel 2018Kapitan tək çalışdı, komanda ikitərəfli oynadı
-
20:00 | 20 Aprel 2018Şəmkirdə növbəti sülh günü - YENİLƏNİB
-
19:35 | 20 Aprel 2018Millimiz penaltilərdə uduzdu
-
18:48 | 20 Aprel 2018Vengerlə ən yaxşı vidaya layiqdi – Qari Nevill
-
18:21 | 20 Aprel 2018“Milan” hücumunu gücləndirir
-
18:14 | 20 Aprel 20182 oyun, 6 qol
-
17:56 | 20 Aprel 2018NBA: Gecənin ən yaxşı 10 hərəkəti – VİDEO
-
17:47 | 20 Aprel 2018TPL: XXIV turun təyinatları açıqlandı
-
17:39 | 20 Aprel 2018“Ona həmişə minnətdar olacağıq” - "Arsenal"ın sahibi
-
17:21 | 20 Aprel 2018“Bu, futbol terrorundan betərdi” - Ərdoğan
-
16:44 | 20 Aprel 2018İbrahimoviçin arzusu ürəyində qaldı
-
16:02 | 20 Aprel 2018“Barselona” fransız futbolçu alır
-
15:48 | 20 Aprel 2018Konte yalnız ondan geri qalır
-
15:27 | 20 Aprel 2018Olimpiada-2032-yə ikinci iddiaçı
-
15:06 | 20 Aprel 2018Sezar Meza Kolli: Finalda onunla qarşılaşmaq istərdim - MÜSAHİBƏ
-
14:53 | 20 Aprel 2018"Koutinyo, Jezus..." – Neymarın mundial təxminləri
-
14:37 | 20 Aprel 2018Premyer Liqada müdafiəçiləri qabaqlayan hücumçu
1. |
Qarabağ | 23 | 17 | 5 | 1 | 33-8 | 56 |
2. |
Qəbələ |
23 | 12 | 6 | 5 | 37-23 | 42 |
3. |
Sumqayıt | 23 | 11 | 6 | 6 | 31-25 | 39 |
4. |
Zirə |
23 | 9 | 8 | 6 | 29-24 |
35 |
5. |
Neftçi |
23 |
10 | 4 | 9 | 31-24 | 34 |
6 |
Səbail | 23 | 5 | 4 | 14 | 15-32 | 19 |
7. |
Keşlə |
23 |
4 | 6 | 13 | 20-36 | 18 |
8. |
Kəpəz |
23 | 3 | 3 | 17 | 14-38 | 12 |
-
21:52 | 18 Aprel 2018Finalın adı: “Qəbələ” – “Keşlə” - YENİLƏNİB
-
20:00 | 20 Aprel 2018Şəmkirdə növbəti sülh günü - YENİLƏNİB
-
21:09 | 19 Aprel 2018“Shamkir Chess 2018” heç-heçələrlə başladı - YENİLƏNİB
-
18:55 | 19 Aprel 2018“Lokomotiv” və “Neftçi” final mərhələsinə qələbə ilə başladı - YENİLƏNİB
-
00:00 | 19 Aprel 2018“Komanda yoldaşımdı, xətrinə dəymək istəmədim” – Cavid Hüseynov
-
13:26 | 20 Aprel 2018“Arsenal”da Venger erasının sonu
-
22:48 | 18 Aprel 2018Tərlan Əhmədov: ...istefa verəcəm
-
13:01 | 19 Aprel 2018“Yığmamız təsnifat mərhələsindəki formasında olsa...” - Polina Rəhimova
-
12:45 | 19 Aprel 2018Saxlanılan “Neftçi” azarkeşləri sərbəst buraxıldı
-
00:27 | 19 Aprel 2018“Onun yanına gələrək kiçik kimi əlimi uzatdım” – Təmkin Xəlilzadə