"Qarabağ" yeni reytinq siyahısında neçəncidi?

Avrokubokların 1/8 final mərhələsinin cavab oyunları başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu raundda əsasən qitənin güclüləri meydana çıxdığından dəyişikliklər də daha çox üst pillələrdə baş verib.

 

Düzdü, Almaniya, İngiltərə, Çexiya, Fransanı təmsil edən, lakin liderlərdən çox uzaqda qərarlaşan komandaların da mövqeyində müəyyən dəyişikliklər olub. Lakin bunlar klubların öz əmsalı deyil, ölkə reytinqinə görə gerçəkləşib.

 

Siyahının ilk “onluğ”unda da yerdəyişməyə təsadüf olunub. “Sevilya” PSJ-ni arxada qoyubsa, “Arsenal” “Porto”nu “Top-10”dan sıxışdırıb.

 

Avropanın 442 komandasının yer aldığı cədvəlin ən yaxşı Azərbaycan klubu “Qarabağ”ın mövqeyi dəyişməz qalıb. Qurban Qurbanovun yetirmələri 5 mövsümün nəticəsində 20,500 xalla 73-cü sıraya şərikdi. ğdamlılar bu mövqeni BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) bölüşür. Digər komandalarımızdan “Qəbələ” aktivindəki 5,250 xalla “Voyvodina” ilə 191-ci pilləni bölüşürsə, “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-256-cı yerlərdədi.

 

Qeyd edək ki, siyahıya 153,000 xala malik “Real” başçılıq edir. 2-ci pillədə olan “Atletiko” liderdən 21 xal geridədi. “Bavariya” və “Barselona” 130,000 xala malikdi.

 

İlk “onluq”

1. “Real” (İspaniya) – 153,000

2. “Atletiko” (İspaniya) – 131,000

3-4. “Barselona” (İspaniya) – 130,000

“Bavariya” (Almaniya) – 130,000

5. “Yuventus” (İtaliya) – 124,000

6. “Sevilya” (İspaniya) – 112,000

7. PSJ (Fransa) – 109,000

8. “Mançester Siti” (İngiltərə) – 100,000

9. “Borussiya” (Dortmund, Almaniya) – 89,000

10. “Arsenal” (İngiltərə) – 88,000

 

“Qarabağ” və qonşuları

66. “Lester” (İngiltərə) – 22,000

67. “Astana” (Qazaxıstan) – 21,750

68-69. “Feyenoord” (Hollandiya) – 21,500

“Rapid” (Vyana, Avstriya) – 21,500

70-72. “Selta” (İspaniya) - 20,799

“Real Sosyedad” (İspaniya) - 20,799

“Betis” (İspaniya) - 20,799

73-75. “Qarabağ” (Azərbaycan) – 20,500

“Yanq Boyz” (İsveçrə) – 20,500

BATE (Belarus) – 20,500

76. “Trabzonspor” (Türkiyə)– 18,000

77. “Dinamo” (Xorvatiya) – 17,500

78-80. “Partizan” (Serbiya) – 17,000

“Everton” (İngiltərə) – 17,000

“Slovan” (Çexiya) – 17,000

 

Digər Azərbaycan klubları

191. “Qəbələ” – 5,250

244-256. “Neftçi” - 3,825

“Keşlə” - 3,825

“Zirə” - 3,825

“Kəpəz” - 3,825

“Xəzər Lənkəran” - 3,825

 

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10