[b](R) Gillette – Milliyet İlin İdmançısı Mükafatlarına namizədlər arasına "Qarabağ"ın adı düşdü[/b]
19.03.2018 - 09:04
[b](R) Gillette – Milliyet İlin İdmançısı Mükafatlarına namizədlər arasına "Qarabağ"ın adı düşdü[/b]

Bu il ilk dəfə olaraq, dünya şöhrətli və Türkiyənin ən etimadlı Gillette - Milliyet İlin İdmançısı Mükafatları (Gillette - Milliyet Yılın Sporcusu Ödülleri) namizədləri sırasında azərbaycanlıların fəxri “Qarabağ” Futbol Klubunun adı var. Layihənin sponsoru Gillette-in təşəbbüsü ilə “Qarabağ” azarkeşləri onu ilin ən yaxşılarından biri seçə biləcəklər. Səsvermə martın 21-də başa çatacaq, aprelin 4-də saat 20:30-da nəticələr “CBC Sport” telekanalında canlı yayımlanacaq.


Dünyanın ən uzunömürlü idman mükafatı layihəsi olan Milliyyet İlin İdmançısı Mükafatları 1954-cü ildən təqdim olunur. 2018-ci ildə 64-cü dəfə idman azarkeşləri ilin ən yaxşı idmançılarını seçib mükafatlandıracaqlar. İldən-ilə daha çox azarkeşi özünə cəlb edən Mükafatlara ötən ilki səsvermədə rekord sayda – 3 milyon səs yığılıb.


Artıq 3-cü ildir ki, bu möhtəşəm layihə məşhur Gillette brendinin dəstəyi ilə həyata keçirilir. Kişi taraş baxımı kateqoriyasında dünya lideri olan Gillette kişilərin maraq göstərdiyi bütün sahələrdə olmağa çalışır, xüsusilə də idmana daim dəstək verir, məşhur idmançılarla əməkdaşlıq edir. Procter&Gamble şirkətinin brendi olan  Gillette Türkiyənin Milli Futbol Komandasının sponsorudur.


Ötən il Azərbaycan futbolunu UEFA Çempionlar Liqasına çıxaran “Qarabağ” Futbol Klubu ölkə çempionudur. Gillette Azərbaycan çempionuna Türkiyənin bu məşhur idman mükafatını qazanmaq uğrunda mübarizədə uğurlar arzulayır və ürəyində “Qarabağ” sevgisi olan hər kəsi gecikmədən, http://yilinsporcusu.milliyet.com.tr/Question.aspx səhifəsinə daxil olub ona səs verməyə çağırır.

 



 

0