[b]Daha bir braziliyalı dünya çempionatını buraxa bilər[/b]
16.03.2018 - 16:07
[b]Daha bir braziliyalı dünya çempionatını buraxa bilər[/b]

“Atletiko”nun müdafiəçisi Filipe Luis dünya çempionatını buraxa bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb ulduz futbolçunun zədələnməsidi.

 

Belə ki, Avropa Liqasının 1/8 final mərhələsində “Lokomotiv”lə səfər qarşılaşmasının 62-ci dəqiqəsində xəsarət alaraq əvəzlənən braziliyalı sol cinah oyunçusu bu gün tibbi müayinədən keçib. Sol ayağında qırıq aşkarlanan 33 yaşlı futbolçunun nə zaman yaşıl meydanlara dönəcəyi açıqlanmayıb.

 

Filipe Luisin mövsümü qapamaq və hətta yayda keçiriləcək dünya çempionatını buraxmaq ehtimalının yüksək olduğu bildirilib.

 

Qeyd edək ki, bir müddət əvvəl ayağında sınıq olduğu üçün əməliyyat edilən PSJ-nin braziliyalı hücumçusu Neymarın da mundialda iştirakı sual altındadı.

0