[b]Qurban Qurbanovdan iki göstəriş [/b]
16.03.2018 - 17:19
[b]Qurban Qurbanovdan iki göstəriş [/b]

Azərbaycan milli komandasının məşqçisi Elçin Rəhmanov yığmamızın rəqiblərinin oyunlarını izləyəcək. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Qurban Qurbanovun göstərişinə əsasən, səfərə yollanacaq çalışdırıcı iki görüşü stadiondan seyr edəcək.

 

O, UEFA Millətlər Liqasında millimizlə eyni qrupda mübarizə aparacaq komandaların oyunlarına baxacaq. Rəhmanov martın 24-də Fransada keçiriləcək Kosovo – Madaqaskar, ayın 25-də isə İspaniyada təşkil olunacaq Farer adaları – Lixtenşteyn qarşılaşmaları zamanı stadionda olacaq.

 

Mənbə: affa.az

0