[b]"Mançester Yunayted"də yeni müqavilə - FOTO[/b]
16.03.2018 - 20:53
[b]"Mançester Yunayted"də yeni müqavilə - FOTO[/b]

"Mançester Yunayted"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Markos Roxo yeni müqaviləyə qol çəkib.

 

Anlaşmaya əsasən, argentinalı futbolçu 2021-ci ilin yayına qədər "mankunianlar"a məxsus olacaq. Roxo "qırmızı şeytanlar"da böyük perspektiv gördüyü üçün bu addımı atdığını söyləyib.

 

Qeyd edək ki, Markos Roxo 2014-cü ildən "Mançester Yunayted"in formasını geyinir.

0