[b]Rüfət Dadaşov "Dinamo"ya qələbə qazandırdı[/b]
16.03.2018 - 23:58
[b]Rüfət Dadaşov "Dinamo"ya qələbə qazandırdı[/b]

Almaniya Regional Liqasında təxirə salınmış bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun komandası "Dinamo" "Auerbax"ı qəbul edib.

 

Matçda hesabı 19-cu dəqiqədə qonaqlar açıb. Lakin "Dinamo" son 10 dəqiqədə nəinki məğlubiyyətdən qaça bilib, hətta qələbə də qazanıb. Əvvəlcə 81-ci dəqiqədə Rafael Brand hesabı bərabərləşdirib. Cəmi 4 dəqiqə sonra isə çempionatın bombardiri Dadaşov fərqlənərək, Berlin klubuna qələbə qazandırıb.

 

Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran "Dinamo" 2-ci pillədəki mövqeyini qoruyub. Rüfət Dadaşov isə 21-ci qolunu vurub.

0