[b]Messi ilə Skominanın dialoqu: Mənimlə bu cür hörmətsiz danışma[/b]
17.03.2018 - 00:47
[b]Messi ilə Skominanın dialoqu: Mənimlə bu cür hörmətsiz danışma[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən "Barselona" - "Çelsi" matçında meydan sahiblərinin futbolçusu Lionel Messinin baş hakim Damir Skomina ilə dialoqu ortaya çıxıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, cütlük arasında gərgin anlar yaşanıb.

 

Argentinalı bir epizodda referiyə etiraz edərkən, Skomina ona "sakit ol, özünə gəl" deyib. Messi isə "Mənimlə bu cür hörmətsiz danışma. Sənə hörmətsizlik etdim?", cavabını verib.

 

 Qeyd edək ki, "Barselona"nın 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Lionel Messi dubla imza atıb.

0