[b]VAR mundial üçün təsdiqləndi[/b]
17.03.2018 - 01:36
[b]VAR mundial üçün təsdiqləndi[/b]

Bu il Rusiyada keçiriləcək dünya çempionatında videotəkrar (VAR) sisteminin istifadəsi ilə bağlı yekun qərar verilib. Apasport.az saytı xəbər verir ki, FİFA prezidenti Canni İnfantino bunu qurumun şurasında açıqlayıb.

 

O, VAR sistemindən mundialda istifadə edilməsinin rəsmən təsdiqləndiyini söyləyib. İnfantinonun sözlərinə görə, videotəkrarlar sayəsində dünyanın ən nüfuzlu turnirində hakimlərin işi asanlaşacaq.

 

Qeyd edək ki, dünya çempionatı 14 iyun - 15 iyul tarixləri aralığında keçiriləcək.

0