[b]FİFA-dan daha bir yenilik[/b]
17.03.2018 - 12:18
[b]FİFA-dan daha bir yenilik[/b]

Bu yay Rusiyada keçiriləcək dünya çempionatında azarkeşlər daha bir yeniliyə şahid olacaqlar. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, qarşılaşmalar zamanı məşqçilər 4-cü əvəzetmədən istifadə edə biləcəklər.

 

Lakin bu, yalnız pley-off matçlarında mümkün olacaq. Belə ki, qarşılaşmalarda qalib müəyyənləşməzsə, əlavə edilmiş 30 dəqiqədə 4-cü dəyişiklik imkanı yaranacaq. Bir neçə turnirdə bu sistem testdən uğurla keçdiyindən, FİFA mundialda da bundan istifadəni təsdiqləyib.

 

Qeyd edək ki, 4-cü əvəzetmə ilə bağlı qərar ilk dəfə 2016-cı ildə verilib.

0