[b]“Qəbələ”dən böyükhesablı qələbələr[/b]
17.03.2018 - 10:21
[b]“Qəbələ”dən böyükhesablı qələbələr[/b]

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib. Apasport.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən məlumatına görə, Gənclər Liqasında “Keşlə”ni qəbul edən komanda 2:1 hesablı qələbə qazanıb.

 

18 matçda 48 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin lideridi.

 

U-17 səfərdə “Keşlə”ylə qolsuz heç-heçə edib. 24 görüşdə 61 xal yığan komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

 

U-16 öz meydanında “Səbail” üzərində böyükhesablı qələbə əldə edib – 3:0 və 21 matçdan sonra 52 xalla çempionatın turnir cədvəlinə başçılıq edir.

 

“İsgəndər Cavadov BFA” ilə qarşılaşan U-15 evdə 8 cavabsız qol vurub. 20 görüşdə 52 xal toplayan “qırmızı-qaralar” çempionatın vahid lideridi.

 

Paytaxt regionunda çıxış edən U-14 “Neftçi” PFK ilə matçda 3 xal qazanıb – 3:1. 17 oyunda 47 xal toplayan “Qəbələ” bütün rəqiblərini qabaqlayır.

 

“Vətən” RİOEUFGM-a 2:3 hesabı ilə uduzan U-13 üçüncü pilləyə enib. 17 görüşdə 41 xal yığan komanda liderdən üç xal geri qalır.

 

U-12 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında “Qəbələ” UGİM “Rabitəçi”yə (Yevlax) 6, UGİM isə Yevlaxın UGİM-inə 11 cavabsız qolla qalib gəlib. 16 matçdan sonra “Qəbələ” 43 xalla 1-ci, UGİM 40 xalla 2-cidi.

 

U-11 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında “Qəbələ” İsmayıllı UGİM-ini 12:0, UGİM isə Yevlax UGİM “Rabitəçi”sini 8:2 hesabı ilə yenib. 16 turdan sonra “Qəbələ” 48 xalla 1-ci, UGİM 33 xalla 2-cidi.

 

U-10 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ  zonasında “Qəbələ” Gİİ üzərində qələbə qazanıb – 6:0. UGİM isə Yevlaxın UGİM “Rabitəçi”sindən güclü olub- 4:1. 15 turdan sonra “Qəbələ” 45 xalla 1-ci, Gİİ 30 xalla 2-ci, UGİM 24 xalla 4-cüdü. 

0