[b]Kurtua yeni müqaviləyə "yox” deyib[/b]
17.03.2018 - 14:33
[b]Kurtua yeni müqaviləyə "yox” deyib[/b]

“Çelsi”nin qapıçısı Tibo Kurtua rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, tələsmək fikrində deyil.

 

Belçika millisinin qolkiperi gələcək taleyindən narahat olmadığını da vurğulayıb: “Mən “Çelsi”yə bağlıyam. Müqavilə müddətim gələn ilin yayına qədərdi. Fikrimcə, yeni anlaşma ilə bağlı danışmağın zamanı deyil. Mövsümün sonunu gözləmək daha yaxşı olar. Gələn mövsümün sonuna qədər müqaviləmə sadiq qalacağıma əmin ola bilərsiniz. İndi bütün diqqətimizi Premyer Liqada ilk “dördlüy”ə düşməyə yönəltməliyik”.

 

Qeyd edək ki, “Çelsi” hazırda Premyer Liqada 5-ci pillədə qərarlaşır və 4-cü yerdəki “Liverpul”dan 4 xal geri qalır.

0