[b]“Real” ulduz futbolçu ilə anlaşdı[/b]
17.03.2018 - 17:57
[b]“Real” ulduz futbolçu ilə anlaşdı[/b]

“Bavariya”nın hücumçusu Robert Levandovski karyerasını İspaniyada davam etdirməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu “Real”la danışıqlar aparır.

 

Kərim Benzemanın çıxışından məmnun qalmayan “kral klubu” bir neçə alternativi nəzərdən keçirsə də, hazırda Levandovski digər namizədlərdən bir addım öndədi. İspaniya KİV-i Polşa millisinin üzvünün hətta madridlilərlə ilkin razılıq əldə etdiyini də yazıb. İspaniya nəhəngi “Bavariya” ilə ortaq məxrəcə gələ bilsə, 30 yaşlı forvard mövsümün sonunda İspaniyaya köçəcək.

 

Qeyd edək ki, Robert Levandovski 2014-cü ildən “Bavariya”nın formasını geyinir.

0