[b]İlk yarımfinalçı “Tottenhem” oldu - VİDEO[/b]
17.03.2018 - 19:51
[b]İlk yarımfinalçı “Tottenhem” oldu - VİDEO[/b]

İngiltərə FA kubokunda 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk görüşdə “Tottenhem” “Suonsi” ilə qarşılaşıb.

 

Görüş hotspurluların rahat qələbəsi ilə yekunlaşıb – 3:0. Kristian Eriksenin dubl etdiyi görüşdə, Erik Lamela da fərqlənib.

 

Bu qələbə ilə “Tottenhem” yarımfinala yüksəlib.

 

İngiltərə FA kuboku

1/4 final

17 mart

 

“Suonsi” – “Tottenhem” – 0:3

Qollar: Kristian Eriksen, 11, 62, Erik Lamela, 45

0