[b]Milli üzvünün komandası yarımfinalda uduzdu[/b]
17.03.2018 - 22:41
[b]Milli üzvünün komandası yarımfinalda uduzdu[/b]

Voleybol üzrə qadınlar arasında Türkiyə Sultanlar Liqasında yarım final mərhələsində ilk oyunlara yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Polina Rəhimovanın çıxış etdiyi İstanbul nəhəngi “Fənərbaxça” “Eczaçıbaşı Vitra”nı qəbul edib.

 

Görüş qonların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rəhimova 16 xal toplayaraq komandasnın bombardiri olsa da, bu, qalibiyyət üçün kifayət etməyib.

 

Qeyd edək ki, iki komanda arasındakı cavab oyunu martın 25-də keçiriləcək.

0