[b]Araz Abdullayev üçün 1 dəqiqə[/b]
17.03.2018 - 23:09
[b]Araz Abdullayev üçün 1 dəqiqə[/b]

Kiprin I Divizionunda XXIX turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.

 

Famaqusta təmsilçisi səfərdə AEL-lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matça ehtiyat oyunçular skamyasında başlayan Araz 89-cu dəqiqədə meydana çıxıb. 

 

Qeyd edək ki, 29 oyundan sonra 60 xal toplayan “Anortosis” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

0