[b]Renat Dadaşov oynamadı, komandası qalib gəldi[/b]
18.03.2018 - 12:10
[b]Renat Dadaşov oynamadı, komandası qalib gəldi[/b]

“Ayntraxt”ın U-19 komandası Almaniyanın gənclər arasında təşkil olunan Bundesliqasının cənub zonasında növbəti matçına çıxıb. Apasport.az saytı xəbər verir ki, Frankfurt təmsilçisi XV turdan təxirə salınmış matçda “Vehen”in qonağı olub.

 

Qarşılaşma “Ayntraxt”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Komandanın üzvü, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov bu görüşün iştirakçısı olmayıb. Digər həmyerlimiz Murad Mahmudov isə meydana çıxıb.

 

Qeyd edək ki, hazırda 23 xalı olan “Ayntraxt” turnir cədvəlində 9-cu pillədə yer alıb.

0