[b]1 "qızıl", 2 "bürünc"[/b]
18.03.2018 - 15:16
[b]1 "qızıl", 2 "bürünc"[/b]

Ukraynanın Xarkov şəhərində G1 kateqoriyalı turnirdə ölkəmizin taekvondoçuları da iştirak edir. Apasport.az Azərbaycan Taekvondo Federasiyasının saytına istinadən xəbər verir ki, böyüklərdən ibarət millimiz bu yarışda 15 kişi və 8 qadın idmançı ilə təmsil olunur.

 

Komandamızın üç üzvü artıq medala sahib olub.

 

İlk yarış günü 58 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov turnirin qalibi olub. Məcid Sofiyev (54 kq) və Şəms Həsənova (62 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medal qazanıblar.

 

Qeyd edək ki, yığmamız yarışa baş məşqçi Reza Mehmandoust, qadınlardan ibarət millinin baş məşqçisi Elmur Amanov və böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi ilə qatılıb.

0