[b]Yığmamız 9 top fərqilə uduzdu[/b]
19.03.2018 - 09:31
[b]Yığmamız 9 top fərqilə uduzdu[/b]

Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında ənənəvi Novruz kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, XXV dəfə keçirilən yarışda ölkəmiz 20 yaşadək yığma ilə iştirak edir.

 

Artıq turnirdə 2 tur arxada qalıb. İlk görüşdə Özbəkistan “Spartak”ına 82:70 hesabı ilə qalib gələn basketbolçularımız II turda da Daşkənd təmsilçisi ilə qarşılaşıb. SK MO RU  klubu ilə üz-üzə gələn Tahir Baxşiyevin yetirmələri bu dəfə məğlubiyyətə üzülüblər – 70:79.  

 

Qeyd edək ki, turnirdə ümumilikdə 6 komanda qüvvəsini sınayır. Millimiz bu gün “Politexnik”i (Qırğızıstan, Bişkek) sınağa çəkəcək. Martın 20-də Bişkekin “Gines 29” komandası ilə gücünü yoxlayacaq basketbolçularımız Novruz kubokuna qırğızların digər klubu “Tulpar Skif”lə yekun vuracaq. Bu oyun isə martın 21-nə təsadüf edəcək.

0