[b]Ronaldo 50-ci dəfə...[/b]
19.03.2018 - 10:24
[b]Ronaldo 50-ci dəfə...[/b]

“Real”ın superulduzu Kriştianu Ronaldo 2018-ci ildə qollarını sıralayır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ardıcıl 8-ci matçda da fərqlənən portuqaliyalı superulduz bu il meydana çıxdığı 13 görüşdə 21 dəfə rəqib qapıçılarını məyus edib.

 

La Liqanın XXIX turunda “Jirona” üzərində qələbənin (6:3) memarı olan Ronaldo pokerlə yadda qalıb. 33 yaşlı futbolçu 11, 47 və 64-cü dəqiqələrdəki qollardan sonra karyerası ərzində 50-ci dəfə het-trikə imza atıb. O, “Real”da 44, Portuqaliya millisində 5, “Mançester Yunayted”də isə 1 dəfə oyunda 3 və daha çox qol vurub.

 

Qeyd edək ki, Kriştianu Ronaldo La Liqada qollarının sayını 22-yə çatdırıb və bombardirlər yarışına başçılıq edən Lionel Messidən 3 top geri qalır.

0