[b]İspaniya klubu baş məşqçisini qovdu[/b]
19.03.2018 - 10:25
[b]İspaniya klubu baş məşqçisini qovdu[/b]

“Real Sosyedad” baş məşqçisiz qalıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, İspaniya təmsilçisi Eusebio Sakristanla vidalaşıb.

 

Buna “Real Sosyedad”ın La Liqanın XXIX turunda “Xetafe”yə ev məğlubiyyəti (1:2) səbəb olub. Meydan sahibləri oyunun gedişində hesabda önə keçsələr də, üstünlüyü sona qədər saxlaya bilməyiblər.

 

Komandanın çıxışından narazı qalan rəhbərlik Sakristanla yolları ayırmağı məqsədəuyğun sayıb.

 

Qeyd edək ki, Eusebio Sakristan 2015-ci ildən “Real Sosyedad”ı çalışdırırdı. 

0