[b]“Bu dəfə də dünya çempionu ola bilməsək...” - Messi[/b]
19.03.2018 - 11:14
[b]“Bu dəfə də dünya çempionu ola bilməsək...” - Messi[/b]

“Barselona”nın futbolçusu Lionel Messi maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, o, Argentina yığmasının DÇ-2018-dəki hədəfindən söz açıb.

 

Qarşılarına çempionluq məqsədi qoyduqlarını bildirən Messi bunu etməyə borclu olduqlarını deyib. O, DÇ-2018-in argentinalı futbolçuların hazırkı nəsli üçün sonuncu şans olduğunu vurğulayıb: “Hiss edirik ki, bu dəfə də dünya çempionu ola bilməsək, heç vaxt bu uğuru qazanmayacağıq. Bizim üçün son şansdı. Mundialda uduzduğumuz oyunlara görə çox ağlamışam. Çünki özümüzlə yanaşı, ölkəmizin də arzusunu həyata keçirə bilməmişik. Finalda məğlub olmaq daha acınacaqlıdı. İnanıram ki, bu dəfə kuboku qaldıra biləcəyik”.

 

Qeyd edək ki, Argentina mundialda Xorvatiya, İslandiya və Nigeriya ilə eyni qrupda yarışacaq.

0